• Bakı 14° C

    8.67 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

İsmayıllıda baş verən yanğının səbəbi MƏLUM OLDU - YENİLƏNİB

HADİSƏ

25 Iyul 2023 | 14:28

İsmayıllıda baş verən yanğının səbəbi MƏLUM OLDU - YENİLƏNİB

İsmayıllı rayonunda güclü yanğına evlərdən birinin zirzəmisindəki qaz balonunun partlaması səbəb olub.

Bakıvaxtı.az xəbər verir ki, rayon sakini, 1962-ci il təvəllüdlü Əkbərov Eldəniz Ağaməşədi oğluna məxsus ümumi sahəsi 200 kvadratmetr olan 4 otaqlı ev tamamilə yanıb, 1987-ci il təvəllüdlü Əkbərov Aqşin Elburus oğluna məxsus ümumi sahəsi 200 kvadratmetr olan 4 otaqlı ev və içərisindəki əşyalar, eləcə də evə bitişik 30 kvadratmetrlik mağaza, 80 kvadratmetrlik anbar və içərisindəki məişət əşyaları və elektrik avadanlıqları, qonşuluqdakı mağazanın tavanı yanıb.

Hadisə zamanı xəsarət alan olmayıb.

Hazırda yanğınsöndürənlər hadisə yerindədir, yanğının tamamilə məhdudlaşdırılması işləri görülür.

Faktla bağlı araşdırma aparılır.

 

13:40

İsmayıllı şəhərində baş verən yanğın söndürülüb.

Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, yanğın havanın küləkli olmasına baxmayaraq yanğından mühafizə bölmələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

 

12:52

İsmayıllı rayonunda böyük ərazidə yanğın hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu gün saat 12:00 radələrində İsmayıllı şəhərinin Heydər Əliyev prospektində yerləşən bir evdə başlayan yanğın qısa vaxtda böyük ərazini əhatə edib. Hadisə yerinə FHN-nin İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinin 3 avtomobili və canlı qüvvəsi cəlb olunub.

İndiyədək ərazidə 2 ev və 3 mağaza yanıb. Hazırda yanğın davam edir, getdikcə genişlənən alovun qarşısını almaq çətinləşib. Yanğının baş vermə səbəbi hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır. /Unikal.az
 


İsmayıllıda baş verən yanğının səbəbi MƏLUM OLDU - YENİLƏNİBİsmayıllıda baş verən yanğının səbəbi MƏLUM OLDU - YENİLƏNİBİsmayıllıda baş verən yanğının səbəbi MƏLUM OLDU - YENİLƏNİBİsmayıllıda baş verən yanğının səbəbi MƏLUM OLDU - YENİLƏNİB
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Oktyabr 2026