• Bakı 15° C

    10.1 m/s

  • USD - 1.7

    EUR - 1.9242

    RUB - 2.0365

Xocalıda traktor MİNAYA DÜŞDÜ - YENİLƏNİB + FOTO

HADİSƏ

24 Avqust 2023 | 13:07 | Müəllif: Subhan Mahmudov

Xocalıda traktor MİNAYA DÜŞDÜ - YENİLƏNİB + FOTO

Xocalı rayonunun işğaldan azad edilmiş ərazisində traktorun minaya düşməsi faktı ilə bağlı araşdırma aparılır.

Baş Prokurorluğun Mətbuat xidmətindən Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirilib ki, avqustun 24-ü Xocalı rayonunun işğaldan azad edilmiş Sığnaq kəndi ərazisində təsərrüfat işləri aparan zaman traktorun tank əleyhinə minaya düşməsi nəticəsində 1987-ci il təvəllüdlü Əfqan Ələkbərlinin xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib digər zəruri istintaq hərəkətləri aparılıb.

Hazırda faktla bağlı Xocalı rayon prokurorluğunda araşdırma aparılır.

 

12:18

Avqustun 24-də saat 11:30 radələrində Xocalı rayonunun Mədətkənd kəndi ərazisində təsərrüfat işləri aparılan zaman 1 ədəd traktorun tank əleyhinə minaya düşməsi ilə bağlı polisə məlumat daxil olub. 

DİN-in mətbuat xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, partlayış nəticəsində xəsarət alan yoxdur. 

Araşdırma aparılır.


Xocalıda traktor MİNAYA DÜŞDÜ - YENİLƏNİB + FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR