• Bakı 11° C

    9.94 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.1931

Işın Karaca Yunanıstandan deportasiya edildi

ŞOU

11 Aprel 2026 | 12:28

Işın Karaca Yunanıstandan deportasiya edildi

Türkiyənin tanınmış müğənnisi Işın Karaca Yunanıstandan deportasiya edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə sənətçi özünün sosial şəbəkə hesabında paylaşım edib: 

"Mənim Afinaya girişimə icazə verilmədi. Çünki 2024-cü ildə Gümülcinedə "Nə mutlu türküm deyənə" və "İzmirin dağlarında çiçəklər açar" marşlarını oxumuşdum. Təsəvvür edin, qızım və həyat yoldaşımın Afinaya girişinə icazə verildi. Amma mənə rədd cavabı verildi. Milli məsələ imiş mənimki. Həyatımda görmədiyim kobud rəftarla qarşılaşdım. Sağ olsunlar. Heç kim bir stəkan su belə təklif etmədi".

Müğənni daha sonra təyyarə bileti tapa bilmədiyini deyərək ölkəsinə qayıtmaq istədiyini vurğulayıb.


SON XƏBƏRLƏR

10 Aprel 2026