• Bakı 13° C

    3.35 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0898

İranla ticarət dövriyyəmiz 13 %-ə yaxın artıb

İQTİSADİYYAT

31 Mart 2026 | 14:01

İranla ticarət dövriyyəmiz 13 %-ə yaxın artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan və İran arasında ticarət dövriyyəsi 117 milyon 646 min ABŞ dolları təşkil edib.

Bakıvaxtı.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,7 % çoxdur.

Hesabat dövründə İranla ticarət ümumi dövriyyənin 1,8 %-i qədər olub.

İllik müqayisədə Azərbaycanın İrana ixracının dəyəri 2,1 % azalaraq 2 milyon 373 min ABŞ dolları, bu ölkədən idxalın dəyəri isə 13,1 % artaraq 115 milyon 272 min ABŞ dolları olub.

İki ayda İrana ixrac ümumi ixracın 0,06 %-ni, İrandan idxal isə ümumi idxalın 4,4 %-ni təşkil edib.


SON XƏBƏRLƏR