• Bakı 11° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

İran ABŞ ilə danışıqlar üçün şərtlərini açıqladı

DÜNYA

31 Oktyabr 2026 | 18:16 | Müəllif: Zeynəb Rzayeva

İran ABŞ ilə danışıqlar üçün şərtlərini açıqladı

İran ABŞ ilə münaqişənin nizamlanması və mümkün danışıqların başlanması üçün sanksiyaların ləğvini və regionda Amerika hərbi qüvvələrinin sayının azaldılmasını tələb edir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi Qətərin “Al Jazeera” telekanalına müsahibəsində bildirib.

Tehranın şərtlərinə İslamabad memorandumundan sonra tətbiq edilmiş sanksiyaların ləğvi, eləcə də ABŞ hərbi qüvvələrinin regiondakı sayının azaldılması daxildir.

Əraqçi İranın tələbləri sırasında ölkənin dondurulmuş aktivlərinin azad edilməsini və neft sektoruna qarşı sanksiyaların aradan qaldırılmasını da xüsusi vurğulayıb.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR