• Bakı 13° C

    8.97 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İqtisadi “partlayış” təhlükəsi

CƏMİYYƏT

11 Oktyabr 2022 | 15:40 | Müəllif: Qalib İbrahimoğlu

İqtisadi “partlayış” təhlükəsi

“Dünyanın başı Rusiyanın Ukraynaya vəhşi hücumuna, həyasız işğal cəhdinə qarışdığından iqtisadi sahədə baş verənlər arxa plana keçib, amma unutmayaq ki, iqtisadiyyat təməldir, siyasi, geosiyasi vəziyyət daha çox iqtisadi maraqlardan və dünya iqtisadiyyatında baş verən proseslərdən doğur”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli deyib.

Ekspert qeyd edib ki, 2008-ci ildə baş verən və “Lehman Brothers” böhranı kimi yadda qalan iqtisadi daralma tez bir zamanda, amma ancaq likvidlik bolluğu vasitəsi ilə aradan qaldırılıb: “Dünya iqtisadiyyatında institutsional problemlər həll edilmədi, ancaq “pul çapı”, likvidlik bolluğu, “helikopter pullar” daralmanın qarşısını aldı və dünya yenidən borcla böyümə modelinə geri döndü. 2020-ci ildə elan edilən “pandemiya” iqtisadiyyatı dünya üzrə çökdürməyə başladı, prosesin axmaqcasına idarə edilməsi iqtisadiyyatın təməllərini zədələdi, dünyada virusdan çox insanları məhz iqtisadi çətinliklər, depressiya, işsizlik və mənasız qapanmalar öldürdü. Yenə də institutsional olaraq heç bir addım atılmadı, ancaq likvidlik bolluğu ilə iqtisadi çətinliklərlə mübarizə aparılmağa çalışıldı, nəticədə illik 84,7 trilyon dollarlıq ÜDM olan dünya iqtisadiyyatına 17,2 trilyon dollar vəsait axıdıldı. Nəticədə likvidlik bolluğu dünyada inflyasiyanı tətiklədi, bütün aktivlərin, əmtəələrin qiyməri artmağa başladı – “pandemiyada” dünya qapanırdı, amma səhm bazarı, əmtəələr, inflyasiya yüksəlirdi, bu mənasız “pul yağışının” nəticəsi idi”.

N.Cəfərli qeyd edib ki, indi FED öncüllüyündə dünya dövlətləri ayılıb addımlar atmağa başlayıb, institutsional yox ha, sadəcə səpdikləri pulları yığmaqla inflyasiya ilə mübarizə aparmaq istəyirlər. FED faizləri artırır, onlara baxıb bütün dünya ölkələri MB-rı da faiz artırmaqla məşğuldular, bəli, bu bir neçə ay sonra inflyasiyanı cilovlaya bilər, amma baha likvidlik, artan kredit faizləri dünya iqtisadiyyatının kəskin daralmasına, aktivliyin azalmasına, işsizliyin artasına səbəb olur-olacaq – yəni, bir dərdi (inflyasiyanı) cilovlamaq istəyəndə, digər dərdi (ressesiya və iqtisadi böhranı) alovlandırırlar.

Ekspert bildirib ki, artıq bir çox beynəlxalq nüfuzlu təşkilatlar, banklar, yatırım fondları həyacan təbili çalmağa başlayıblar:

“- JPMorgan Chase & Co. CEO-su Jamie Dimon açıqlama verib ki, ABŞ iqtisadiyyatı yaxın aylarda tam resessiyaya girəcək, ciddi iqtisadi daralma qeydə alınacaq, nəzərə alın ki, ABŞ iqtisadiyyatı “asqıranda” dünya iqtisadiyyatı həmən “sətəlcəm” olur. Yəni, həzərat, hamımız oturub balacaboy kompleksli diktatorun atom bombası atıb-atmayacağını gözlədiyimiz vaxt dünya istisadiyyatına artıq böhran “bombası” düşüb - bu o deməkdir ki, yaxın aylarda dünyada işsizlik, xalqların qəzəbi artacaq, böhran dərinləşəcək, dünya təcrübəsi və tarixi onu deyir ki, belə böyük böhranlardan iri ölkələrin, şirkətlərin bankrot olmadan, yüzmilyonlarla insan kasıblaşmadan çıxmaq mümkün deyil. Əslində dünya həmişə irimiqyaslı müharibə ilə çıxırdı, indi məhz atom silahının mövcudiyyəti böyük müharibənin qarşısını alır, ona görə də atom silahından yox, iqtisadi “partlayışlardan” qorunmaq haqqında düşünmək, bunun yollarını tapmaq lazımdır...”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026