İspaniya millisinin və "Barselona"nın sabiq futbolçusu Andres İnyesta klubunu dəyişəcək.
Bakıvaxtı.az "Nikkan Sports" nəşrinə istinadən xəbər verir ki, 39 yaşlı yarımmüdafiəçi yayda Yaponiya təmsilçisi "Vissel Kobe"dən ayrılacaq.
Təcrübəli oyunçu az forma şansı əldə etdiyi üçün vidalaşmaq qərarına gəlib.
















