• Bakı 18° C

    1.02 m/s

İndoneziyada zəlzələ: ölənlərin sayı 47-yə çatıb - YENİLƏNİB

DÜNYA

15 Avqust 2026 | 20:39 | Müəllif: Ayyət Əhməd

İndoneziyada zəlzələ: ölənlərin sayı 47-yə çatıb - YENİLƏNİB

İndoneziyada baş verən güclü zəlzələ nəticəsində 47 nəfər ölüb, iki nəfər ağır xəsarət alıb.

Bakıvaxtı.az xarici mediaya istinadən verdiyi xəbərə görə, təbii fəlakət nəticəsində 157 ev, 18 xəstəxana, 5 məktəb və 6 dövlət binasına ciddi ziyan dəyib. Təxminən 2 min nəfər təhlükəli ərazidən təxliyə olunub. Dağıntılar altında insanların qala biləcəyi bildirilir.

    Maqnitudası 7,7 olan zəlzələ ölkənin şərqində yerləşən Flores adasında baş verib. Zəlzələdən sonra bölgədə 110-dan çox afterşok qeydə alınıb.

    ***
    13:33

    İndoneziyada baş verən zəlzələdə ölənlərin sayı 38 nəfərə çatıb.


    Bu barədə BBC yerli rəsmi qurumlara istinadən xəbər yayıb.

    ***

    10:35

    İndoneziyada baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.

    Bu barədə AFP məlumat yayıb.

    ***

    08:38

    İndoneziyada baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 5 nəfərə yüksəlib.

    Bu barədə “Reuters“ Şərqi Nusa-Tenqara əyalətinin qubernatoru Emanuel Melkiades Laka Lenaya istinadən məlumat yayıb.

    Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) məlumatına görə, zəlzələ İndoneziyanın Flores adası yaxınlığında baş verib və 7,7 bal gücündə olub.

    Daha əvvəl “Straits Times” qəzeti 2 nəfərin öldüyünü bildirmişdi.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR