2023-cü ilin ilk tutulma hadisəsi - Günəş tutulması başa çatıb.
Bu barədə Bakıvaxtı.az-a Şamaxı Astrofizika Rəsədxanasından bildirilib.
Verilən xəbərə görə, bu tutulma hibrid Günəş tutulmasıdır. Hibrid Günəş tutulması mərkəzi tutulma trayektoriyası boyunca müşahidəçinin mövqeyindən asılı olaraq halqavari və ya tam Günəş tutulmasının müşahidə olunmasıdır.
Tutulma hadisəsi yerli vaxtla saat 05:34-də başlayıb, saat 10:59-da isə sona çatıb. Ümumilikdə 5 saat 25 dəqiqə davam edən tutulmanın maksimumu saat 08:16-da olub.
Qeyd edək ki, ilin ilk Günəş tutulması Cənub-Şərqi Asiya, Avstraliya, Sakit okean, Hind okeanı və Antarktidada müşahidə olunub. Azərbaycan ərazisində isə müşahidə olunmayıb.






jpg-1684563242.webp)









