Bakıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxrı.az FHN-ə istinadən xəbər verir ki, hadisə Qaradağ rayonunda qeydə alınıb.
Belə ki, FHN-nin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonunda “Shacman” və "МАZ" markalı iki yük avtomobilinin toqquşması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan " Shacman" markalı yük avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
















