• Bakı 22° C

    5.26 m/s

Hikmət Hacıyev: Azərbaycan ərazisində xristian irsini qorumağa sadiqdir

MƏDƏNİYYƏT

17 Sentyabr 2026 | 09:56 | Müəllif: Gülşən Şərif

Hikmət Hacıyev: Azərbaycan ərazisində xristian irsini qorumağa sadiqdir

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ölkə ərazisindəki xristian irsinin qorunmasının Azərbaycanın öhdəliyi olduğunu bildirib.

Bakıvaxtı.az xəbər verir ki, bunu Hikmət Hacıyev Dubayda keçirilən Ərəb Media Sammitində "Euronews"un forum panelində deyib.

O bildirib ki, Azərbaycan islam sivilizasiyasının bir hissəsi olsa da, ölkədə islam, xristianlıq və yəhudilik dinlərinə məxsus məscid, kilsə və sinaqoqlar mövcuddur:

"Azərbaycanın suveren ərazisində xristian irsini, onun kimə məxsus olmasından asılı olmayaraq qorumağa sadiqik. Çünki bu, bizim mədəni irsimizdir".

Prezidentin köməkçisi Azərbaycanın tarixən müxtəlif dinlərin birgə yaşadığı məkan olduğunu vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026