Azərbaycan Silahlı Qüvvələrinin hərbçisi minaya düşüb.
Bakıvaxtı.az xəbər verir ki, insident Kəlbəcər rayonunun Zülfüqarlı kəndində baş verib.
Məlumata görə, sözügedən hərbçi Gəncədəki hospitallardan birinə çatdırılıb. Həkimlər hərbçinin ayağını amputasiya etməli olub.
















