• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Hərbçilərimiz “Altın Kıran” təlimində

CƏMİYYƏT

21 Avqust 2024 | 21:15 | Müəllif: Subhan Mahmudov

Hərbçilərimiz “Altın Kıran” təlimində

Yunqar Alatau dağlarında Qazaxıstanın Desant-Hücum Qoşunları və Azərbaycan Ordusunun bölmələri arasında kəşfiyyat tapşırıqlarının yerinə yetirilməsi üzrə təcrübə mübadiləsinin həyata keçiriləcəyi “Altın Kıran” beynəlxalq taktiki-xüsusi təlimi başlayıb.

Bakıvaxtı.az Qazaxıstan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, təlim Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin Desant-Hücum Qoşunlarının komandanı general-mayor Almaz Jumakeyevin rəhbərliyi ilə keçirilir.

Təlim iştirakçılarının daha səmərəli fəaliyyət göstərmələri üçün iştirakçılar Qazaxıstan və Azərbaycan hərbçilərindən ibarət iki qarışıq qrupa bölünüblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR