• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Harris Trampla debatdan imtina edib

DÜNYA

20 Avqust 2024 | 09:06

Harris Trampla debatdan imtina edib

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp bildirib ki, onun demokrat rəqibi, ABŞ-nin vitse-prezidenti Kamala Harris sentyabrın 4-də “FOX” televiziyasında keçiriləcəyi planlaşdırılan seçki debatında iştirakdan imtina edib.

Bakıvaxtı.az xəbər verir ki, Tramp bu barədə “Truth social” platformasında yazıb.

“Kamala Harris indicə bizə bildirdi ki, “Fox News”-un efirində debatda iştirak etməyəcək”, - Ağ Evin sabiq rəhbəri vurğulayıb.

Tramp qeyd edib ki, hadisələrin bu cür inkişafı onu təəccübləndirmir.

Keçmiş prezident debat əvəzinə, eyni tarixdə “Fox News”-da seçicilərin suallarını cavablandıracağını bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR