• Bakı 12° C

    6.85 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Hacı Əliyev Avropa ikincisi oldu

İDMAN

29 Mart 2022 | 21:14

Hacı Əliyev Avropa ikincisi oldu

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında gümüş medal qazanıb.

Bakıvaxtı.az xəbər verir ki, 65 kq-da çıxış edən idmançı finalda macarıstanlı İsmail Musukayevlə qarşılaşıb.

3 qat dünya və 3 qat Avropa çempionu görüşə yaxşı başlasa da, sonradan üstünlüyü tamamilə rəqibə verib. Qarşılaşmanın başa çatmasına 1 dəqiqə 20 saniyə qalmış fənd tətbiq edərkən kobudluğa yol verən Əliyev xəbərdarlıq alıb.

Yekunda 1:12 hesabı ilə uduzan titullu güləşçi ikinci yeri tutub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR