• Bakı 14° C

    2.62 m/s

Güclü külək 3 rayonda problemlər YARATDI

HADİSƏ

15 Iyul 2025 | 21:22 | Müəllif: Subhan Mahmudov

Güclü külək 3 rayonda problemlər YARATDI

Qazax, Ağstafa və Tovuzda küləkli hava şəraiti müşahidə olunur, elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Bakıvaxtı.az-ın Report-a istinadən məlumatına görə, güclü külək səbəbindən Qazax rayonunun mərkəzində və bir sıra kəndlərində elektrik enerjisinin verlişində fasilələr yaranıb.

Ağstafa və Tovuz rayonunda da küləkli hava şəraiti müşahidə olunub. Qeyri-sabit hava şəraiti nəticəsində Ağstafa rayonunda elektrik enerjisinin verilişində qısa fasilələr olub.

Qeyd edək ki, adı çəkilən rayonlarda küləkli hava şəraiti davam edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Oktyabr 2026