• Bakı 23° C

    5.38 m/s

Göygöldə avtomobil aşdı, xəsarət alanlar var

HADİSƏ

16 Sentyabr 2026 | 08:50 | Müəllif: Günəş Mərd

Göygöldə avtomobil aşdı, xəsarət alanlar var

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

    Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

    Hərəkətdə olan “Chevrolet” markalı minik avtomobili idarəetmədən çıxaraq yoldan kənara aşıb.

    Qəza nəticəsində 3 nəfər – 2005-ci il təvəllüdlü A.Rzaxanova, 1994-cü il təvəllüdlü G.Quluzadə və 1991-ci il təvəllüdlü T.Babazadə xəsarət alıb.

    Yaralılar xəstəxanaya yerləşdirilib. Onların vəziyyətlərinin kafi olduğu bildirilir.

    Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

    Faktla bağlı araşdırma aparılır.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    19 Sentyabr 2026