• Bakı 12° C

    3.23 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

General-mayorun həbsdə qalma müddəti ARTIRILDI

CƏMİYYƏT

05 Sentyabr 2023 | 13:01

General-mayorun həbsdə qalma müddəti ARTIRILDI

Naxçıvanın Penitensiar Xidmətinin sabiq rəisi, ədliyyə general-mayoru Tofiq Həsənovun cinayət işi üzrə ibtidai araşdırma davam edir.

Bakıvaxtı.az xəbər verir ki, iş üzrə istintaq hərəkətlərinin davam etməsi ilə bağlı seçilmiş qətimkan tədbirinin uzadılması barədə məhkəməyə müraciət edilib.

Səbail Rayon Məhkəməsi müstəntiqin əsaslandırılmış vəsatətini təmin edib.

Qərara əsasən, T.Həsənovun həbsdə saxlanılma müddəti uzadılıb.

Qeyd edək ki, Tofiq Həsənov bu ilin yanvarında Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində davam edən cinayət işi üzrə həbs edilib.

Eks-xidmət rəisi vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə, xüsusilə külli miqdarda mənimsəmədə və rüşvət almaqda ittiham edilir. /Qafqazinfo


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026