“Krasnodar” yarımmüdafiəçi Remi Kabella ilə yolları ayırıb.
Bakıvaxtı.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Remi Kabelya 2019-cu ilin yayında Fransanın "Sent-Etyen"indən "Krasnodar"a keçib. O, Rusiya klubunda 62 oyunda 17 qol vurub, 10 qolun ötürməsini verib. Kabella Fransa millisində 4 oyuna çıxıb.
Xatırladaq ki, FİFA legioner oyunçulara Rusiya klubları ilə müqaviləni birtərəfli qaydada ləğv etməyə icazə verib.(qol.az)
















