• Bakı 14° C

    7.57 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Fransada yaşayan Təbriz əsilli tədqiqatçılar Ağdamda - YENİLƏNİB

CƏMİYYƏT

28 Noyabr 2022 | 14:31

Fransada yaşayan Təbriz əsilli tədqiqatçılar Ağdamda - YENİLƏNİB

Fransada yaşayan Təbriz əsilli hüquq müdafiəçiləri işğaldan azad edilmiş Ağdam şəhərinə səfər ediblər.

Bakıvaxtı.az  xəbər verir ki, Ərk İnsan Haqları Müdafiə Komitəsinin sədri Jalə Çələbiani Təbrizli və hüquq müdafiəçisi, yazıçı-tədqiqatçı Maşallah Rəzmi Ağdam şəhərinə səfər zamanı ermənilərin xarabalığa çevirdiyi yaşayış məntəqələri, minalanmış ərazilərə baxış keçiriblər. Daha sonra yeni inşa olunan çoxmərtəbəli binaların tikintisi ilə tanış olublar.

Qonaqlar Pənahəli Xanın İmarət kompleksini, Xurşidbanu Natəvanın məzarını, Ağdam Cümə Məscidini və Şəhidlər xiyabanını ziyarət ediblər.

Qarabağ İqtisadi Rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdən (Şuşa istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinə gələn qonaqlar Ağdamın Baş Planı ilə tanış olublar. Onlara hazırda rayonda gedən tikinti-quruculuq işləri barədə məlumat verilib.

Hazırda Fransada yaşayan Təbriz əsilli azərbaycanlı hüquq müdafiəçiləri Ağdamdan sonra Şuşa şəhərinə, Füzuli və Cəbrayıla səfər edəcəklər. /APA

 

12:26

Təbriz əsilli və hazırda Fransada yaşayan azərbaycanlı tədqiqatçılar, İran azərbaycanlılarının insan hüquqları müdafiəçiləri Azərbaycana səfər çərçivəsində Ağdama gəliblər.

Bakıvaxtı.az xəbər verir ki, tədqiqatçılar ilk olaraq rayonun işğaldan azad olunan Ağdamkənd kəndinin xarabalığı ilə tanış olublar.

Səfər iştirakçıları gün ərzində erməni vandallığına məruz qalmış yaşayış evləri ilə və Azərbaycan dövlətinin apardığı təmir-bərpa işləri ilə tanış olacaqlar. 


Fransada yaşayan Təbriz əsilli tədqiqatçılar Ağdamda - YENİLƏNİBFransada yaşayan Təbriz əsilli tədqiqatçılar Ağdamda - YENİLƏNİBFransada yaşayan Təbriz əsilli tədqiqatçılar Ağdamda - YENİLƏNİBFransada yaşayan Təbriz əsilli tədqiqatçılar Ağdamda - YENİLƏNİB
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026