• Bakı 11° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Fransada 5000 etirazçı saxlanılıb

DÜNYA

03 Noyabr 2026 | 15:51 | Müəllif: Gülşən Şərif

Fransada 5000 etirazçı saxlanılıb

Fransada 17 oktyabrdan bəri davam edən etirazlarla əlaqədar təxminən 5000 nəfər saxlanılıb.

Bakıvaxtı.az BFMTV-yə istinadən xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Jerald Darmanen bildirib.

Nazir qeyd edib ki, etirazlar çərçivəsində 4914 həbs və saxlama hadisəsi baş verib:

"Həbs olunanların təxminən 70 faizi yetkinlər olub. Bu, etirazların məktəblilərin deyil, yetkin hərəkatı olduğunu açıq şəkildə göstərir".

Onun sözlərinə görə, məhkəmə prosesləri nəticəsində 329 nəfər həbs cəzasına məhkum edilib.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR