• Bakı 22° C

    4.24 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

 Frankfurt şəhərində ticarət küçəsində partlayışlar olub

DÜNYA

17 Sentyabr 2026 | 12:50 | Müəllif: Gülşən Şərif

Frankfurt şəhərində ticarət küçəsində partlayışlar olub

Almaniyada ticarət küçəsində partlayışlar qeydə alınıb Sentyabrın 17-də səhər saatlarında naməlum şəxslər tərəfindən Frankfurt şəhərinin mərkəzi ticarət küçəsində iki partlayıcı qurğu işə salınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Bild" nəşri polisə istinadən məlumat yayıb.

Məlumata görə, polis orqanlarına həyəcan siqnalı yerli vaxtla saat 04:20-də (Bakı vaxtı ilə 06:20-də) daxil olub. Partlayışın biri qəzet köşkü yaxınlığında, digəri isə Berger küçəsi ərazisindəki mağazanın qarşısında baş verib. Xəsarət alanlar barədə məlumat verilmir.

Qeyd edək ki, həftənin əvvəlində Frankfurt şəhərində 24 saat ərzində daha üç partlayış qeydə alınmışdı. Həmin hadisələrlə bağlı Niderlanddan gəlmiş 15 yaşlı şübhəli şəxs saxlanılıb. Polis əməkdaşları bu partlayışların mütəşəkkil cinayətkar qruplaşmalarla əlaqəli olduğunu ehtimal edirlər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Oktyabr 2026