“Bakı şəhərinin ev sahibliyi edəcəyi Formula 1 yarışı üçün satılan biletlərin 60 faizini xaricilər, 40 faizini yerli şəxslər alıblar”.
Bunu Bakıvaxtı.az-a Bakı Şəhər Halqasının mətbuat katibi Turab Teymurov bildirib.
O qeyd edib ki, bilet satışında ilk üçlükdə ABŞ, Böyük Birtaniya və Azərbaycandır: “Onları Danimarka, Norveç və İspaniya kimi Avropa ölkələri izləyir”. T.Teymurovun sözlərinə görə, Azneft dairəsinin qarşısında yerləşən Filarmoniya tribunasında bütün yerlər tamamilə satılıb: “Yarış vaxtı azaldıqca biletlər də azalır” Qeyd edək ki, 2022-ci il Formula 1 Azərbaycan Qran Prisi 10-12 iyunda keçiriləcək.
Ramid İbrahimov
















