• Bakı 15° C

    7.52 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Fazil Mustafa: "Məmurların sayı azaldılmalıdır"

GÜNDƏM

21 May 2021 | 11:58

Fazil Mustafa: "Məmurların sayı azaldılmalıdır"

“Qarabağ savaşında əldə etdiyimiz möhtəşəm qələbədən sonra bir sıra zəruri infrastruktur layihələri ilə bağlı addımlar atılır”.

Bakıvaxtı.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

Deputat bildirib ki, amma əsas məsələ struktur dəyişikliyi ilə bağlı addım atılmasıdır: “Buna indi başlamalıyıq. Bir sıra rayonları birləşdirməliyik. Qarabağla bərabər, digər rayonlarda da buna gedilməlidir. İlk olaraq, buna Bakıdan başlamalıyıq. Məmurların sayı azaldılmalıdır. Rayonlarda bələdiyyələrin səlahiyyəti artırılmalıdır”.

Deputat qeyd edib ki, Şamaxı yolu üzərində Türk şəhidliyi var: “Ancaq yolun yenidən təmirindən sonra orada maşın saxlamağa yer saxlamayıblar. Buna bir çıxış yolu tapılmalıdır”.(unikal.org)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026