• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ermənistana 8 vaqon buğda göndərildi

İQTİSADİYYAT

15 Avqust 2026 | 11:26 | Müəllif: Subhan Mahmudov

Ermənistana 8 vaqon buğda göndərildi

Bu gün Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya buğdası daşıyan 8 vaqondan ibarət yük qatarı "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola düşüb.

Bakıvaxtı.az xəbər verir ki, tədarükə çəkisi 560 ton olan buğda daxildir.

Yük Böyük Kəsik istiqamətinə göndərilib.

İndiyə qədər Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 42 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1 136 ton propan, 133 ton alüminium, 1 114 ton kömür və 67 min ton taxta göndərilib.

Eyni zamanda, indiyə qədər Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tona yaxın "Aİ-92" və "Aİ-95" benzini ixrac olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026