• Bakı 13° C

    8.97 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ərdoğan seçkidə məğlubiyyətin səbəbini açıqladı

DÜNYA

03 Aprel 2024 | 00:43 | Müəllif: Subhan Mahmudov

Ərdoğan seçkidə məğlubiyyətin səbəbini açıqladı

Səs itirməyimizə səbəb 10 ay əvvəl seçkilərdə iştirak edən kəsimin bu dəfə seçkiyə getməməsi oldu.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin iclasında deyib.

“Qurulduqdan yalnız 15 sonra bizi iqtidara layiq görən, hələ 10 ay əvvəl seçkilərdə partiyamızı birinci edən, indiyə qədər bütün seçkilərdə yanımızda olan, nəhayət son 22 ildə tam 17 dəfə seçkilərdə bizi dəstəkləyən millətimizin 31 martda bizi nə üçün CHP-nin gerisində qoyduğunu yaxşı analiz etməliyik”, - deyə Ərdoğan bildirib.

Qeyd edək ki, 31 martda Türkiyədə yerli idarəetmə orqanlarına seçkilərdə hakim AKP əhəmiyyətli dərəcədə səs itirib və müxalif CHP-yə uduzub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026