• Bakı 12° C

    6.04 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Ərdoğan kabineti TOPLAYIR

DÜNYA

29 Iyun 2025 | 21:30 | Müəllif: Subhan Mahmudov

Ərdoğan kabineti TOPLAYIR

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə sabah Nazirlər Kabinetinin iclası keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “A Haber” məlumat yayıb.

Bildirilib ki, daxili gündəlikdə əsas müzakirə mövzusu son günlər ölkədə baş verən meşə yanğınları olacaq. Hazırki situasiya ilə bağlı Ərdoğana hesabat veriləcək.

Həmçinin antiterror əməliyyatları və iqtisadi durum barədə də müzakirə aparılacaq.

Bundan əlavə, Yaxın Şərq regionunda vəziyyət, o cümlədən İran-İsrail konflikti ilə bağlı vəziyyət dəyərləndiriləcək.

Məlumatda deyilir ki, İstanbulda baş tutmuş Rusiya – Ukrayna danışıqlarının III raundunun perspektivi də diqqət mərkəzində olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026