• Bakı 12° C

    8.91 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ər-Riyaddan Zəngilana ilk uçuş...

CƏMİYYƏT

17 Dekabr 2022 | 12:04 | Müəllif: Subhan Mahmudov

Ər-Riyaddan Zəngilana ilk uçuş...

Sabah Səudiyyə Ərəbistanının investisiya naziri, Azərbaycan və Səudiyyə Ərəbistanın arasında Müştərək Komissiyanın həmsədri Xalid ibn Əbdül Əziz Əl-Falehin başçılıq etdiyi nümayəndə heyəti Zəngilana səfər edəcək.

Bakıvaxtı.az xəbər verir ki, Ər-Riyaddan qonaqları gətirən təyyarə Zəngilan Beynəlxalq Hava Limanına enəcək.

Səfər çərçivəsində Səudiyyə Ərəbistanı rəsmiləri Zəngilan rayonunun Ağalı kəndində yaradılmış "Ağıllı kənd"ə baş çəkəcək, işğaldan azad edilmiş ərazilərdə görülən işlər ərəb nazirə təqdim ediləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026