• Bakı 10° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Əli Əsədovla rusiyalı həmkarı telefonla danışdı

SİYASƏT

30 Dekabr 2021 | 12:36 | Müəllif: Qalib İbrahimoğlu

Əli Əsədovla rusiyalı həmkarı telefonla danışdı

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin arasında dekabrın 29-da telefon danışığı olub.

Nazirlər Kabinetindən Bakıvaxtı.az-a verilən məlumata görə, danışıq zamanı Hökumət başçıları Rusiya-Azərbaycan ticari-iqtisadi əməkdaşlığının inkişafının aktual məsələlərini, o cümlədən müxtəlif sahələrdə birgə layihələrin həyata keçirilməsini, həmçinin Müstəqil Dövlətlər Birliyi çərçivəsində qarşılıqlı inteqrasiya fəaliyyətini müzakirə ediblər. Koronavirus infeksiyasına qarşı mübarizə, əhalinin kütləvi immunizasiyası məsələlərinə xüsusi diqqət yetirilib.

Əli Əsədov və Mixail Mişustin Cənubi Qafqazda iqtisadi əlaqələrin bərpası, nəqliyyat blokadasının açılması istiqamətində Azərbaycan, Ermənistan, Rusiya baş nazir müavinləri səviyyəsində üçtərəfli İşçi qrupunun fəaliyyətinin mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR