• Bakı 5° C

    2.04 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Əli cibində medal qazandı, gündəm oldu - VİDEO

İDMAN

01 Avqust 2024 | 10:43

Əli cibində medal qazandı, gündəm oldu - VİDEO

Paris-2024 Yay Olimpiya Oyunlarında Türkiyəyə atıcılıq yarışlarında gümüş medal qazandıran Yusuf Dikeç dünyanın gündəmi olub.

Bakıvaxtı.az xəbər verir ki, buna səbəb onun 10 metr məsafəyə pnevmatik tapançadan atış zamanı qulaqlıqdan və xüsusi eynəkdən istifadə etməməsi olub. 

51 yaşlı idmançı əlini cibinə qoyaraq atış edib və Olimpiadanın gümüş medalına sahib olub. 

Yusuf Dikeç Türkiyə polis orqanlarında işləyib. Bundan öncə isə 4 dəfə Olimpiya Oyunlarına qatılıb. Lakin heç birində uğurlu ola bilməyib. 

Paris-2024-dən əvvəl isə o, bu dəfə hədəfinə çatacağını və Olimpiadada medal qazanacağını bildirib. O, istəyinə çataraq medalçılar sırasına düşə bilib. 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026