• Bakı 12° C

    6.04 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Elektron satınalmaların ümumi dəyəri artıb

İQTİSADİYYAT

31 Iyul 2024 | 17:30

Elektron satınalmaların ümumi dəyəri artıb

Bu ilin I yarısında Azərbaycanda elektron satınalmaların ümumi dəyəri 1 milyard 455,7 milyon manat təşkil edib.

Bakıvaxtı.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfəyə yaxın çoxdur.

“Dövlət satınalmalarının elektron qaydada həyata keçirilməsi sahibkarların sərbəst və vaxt itkisinə məruz qalmadan satınalmalarda iştirakına və subyektiv amillərin aradan qaldırılmasına şərait yaradır. Satınalmaların rəqəmsallaşdırılması rəqabətliliyin qorunması, biznes subyektlərinin satınalmalarda iştirak səviyyəsinin yüksəlməsinə töhfə verir”. - deyə M.Abbasbəyli qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026