• Bakı 13° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Eldar Əzizov qiymətlərdən DANIŞDI

CƏMİYYƏT

27 Oktyabr 2022 | 10:46 | Müəllif: Qalib İbrahimoğlu

Eldar Əzizov qiymətlərdən DANIŞDI

Azərbaycan Prezidenti İlham Əliyevin dövlət qurumları rəhbərlərinin yerlərdə əhali ilə görüşlərinin keçirilməsinə dair tapşırığına uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun Xətai rayonu Əhmədli qəsəbəsinin sakinləri ilə görüşü olub.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, Bakı ŞİH başçısı Eldar Əzizov bildirib ki, dünyada baş verən mürəkkəb proseslər, həmçinin Avropadakı müharibə səbəbindən dünya iqtisadiyyatı böyük sarsıntılar yaşayır: "Belə ki, qlobal səviyyədə əsas qida məhsullarının qiymətlərində artım baş verir. Azərbaycan da dünya iqtisadiyyatına inteqrasiya edib, lakin Prezident İlham Əliyevin sosial yönümlü siyasəti nəticəsində neqativ prosseslər ölkəmizdə o qədər də hiss edilmir".

Vurğulanıb ki, qədim dövrlərdən bəri əsas qida məhsulu sayılan çörəyin 1 kq-nın qiyməti Almaniya və İtaliyada 6-7 AZN-dir. İqtisadi cəhətdən çox zəif olan Ermənistanda çörək 2,5 AZN, Rusiyada
2 AZN-dirsə, Azərbaycanda isə bu, 1 manat 10 qəpik təşkil edir.

Yumurtanın bir ədədi Rusiya və Ermənistanda 25 qəpik, Gürcüstanda 24 qəpik, Tacikistan və Moldovada 23 qəpik, Belorusda 18 qəpikdirsə, Azərbaycanda yumurta 16 qəpikdir.

Eldar Əzizov həm də mal ətinin 1 kq-nın qiymətlər fərqindən danışıb. Bildirib ki, mal ətinin 1 kq-nın qiyməti Azərbaycandan fərqli olaraq İtaliyada 2,2 dəfə, Ermənistanda 1,8 dəfə, Almaniyada 1,5 dəfə, Rusiyada 1,4 dəfə, Gürcüstanda 1,2 dəfə bahadır. Bununla bərabər çox ağır iqtisadi durumda olan Ermənistanda və eyni zamanda, Avropa ölkələrində qiymətlər hər ay qalxır, Azərbaycanda isə dövlətin dəstəyi sayəsində bu tendensiya mövcud deyil.

Statistik məlumatlardan da göründüyü kimi, ölkəmizdə əsas qida məhsullarının qiyməti bir sıra dünya ölkələrində olduğundan dəfələrlə aşağıdır və bu da ölkə başçısı cənab İlham Əliyevin sosial yönümlü siyasətinin nəticəsidir. Görüş zamanı Prezident İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban Əliyevanın işğaldan azad edilən torpaqların bərpası və inkişafı istiqamətində gördükləri işlər xüsusi vurğulanıb. Qeyd edilib ki, Mehriban Əliyeva və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun səyləri nəticəsində artıq xalqımızın tarixi yaddaşı bərpa edilib və möhkəmlənib.

Gürüş zamanı sakinlərin müraciət və təklifləri ilə bağlı müvafiq tapşırıqlar verilib. Bütün müraciət və təkliflər nəzarətə götürülüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR