• Bakı 15° C

    7.52 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Əfqan Sadıqov Gürcüstanda saxlanıldı

GÜNDƏM

04 Avqust 2024 | 11:07 | Müəllif: Subhan Mahmudov

Əfqan Sadıqov Gürcüstanda saxlanıldı

Azərbaycan vətəndaşı Əfqan Sadıqov Tiflisdə Gürcüstan daxili işlər orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Bakıvaxtı.az bildirir ki, bu barədə Ə. Sadıqovun həyat yoldaşı Sevinc Sadıqova sosial şəbəkədə məlumat verib.

Hüquq müdafiəçisi Rüfət Səfərov sosial şəbəkədə Azərbaycan hüquq-mühafizə orqanlarının Əfqan Sadıqovun barəsində cinayət işi başladığını yazıb: "Jurnalist hədə-qorxu yolu ilə tələb etmədə ittiham olunur. O, beynəlxalq axtarışa verilib. Azərbaycan tərəfinin sorğusuna uyğun olaraq, jurnalistin ekstradisiya ediləcəyi gözlənilir".

Qeyd edək ki, Əfqan Sadıqov əvvəllər də eyni maddə ilə həbs olunub./lent.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026