• Bakı 12° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

DYP bu dövlət qurumunu cərimələdi

CƏMİYYƏT

13 Iyul 2021 | 16:12

DYP bu dövlət qurumunu cərimələdi

Dövlət Yol Polisi (DYP) İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyini cərimələyib.

Bakıvaxtı.az xəbər verir ki, tərtib edilən protokol baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilib.

İşə hakim Azər Tağıyevin sədrliyi ilə baxılacaq.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İnzibati Xətalar məcəlləsinin 347-ci (hüquqi şəxsin istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə) maddəsi ilə təqsirli bilinir.

Bu xətanın törədilməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026