• Bakı 13° C

    8.31 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Dünyada koronavirusa yoluxanların SAYI

DÜNYA

02 Oktyabr 2022 | 13:20 | Müəllif: Subhan Mahmudov

Dünyada koronavirusa yoluxanların SAYI

Dünyada koronavirusa yoluxanların sayı 617 879 815 nəfərə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Amerikanın Cons Hopkins Universiteti məlumat yayıb.

Dünyada virusun yayılmasının başlanğıcından indiyədək COVID-19 infeksiyasının nəticələrindən 6 milyon 546 min 448 nəfər dünyasını dəyişib.

30 milyondan çox yoluxma olan ölkələr arasında ABŞ, Hindistan, Braziliya, Fransa və Almaniya var.

Xəstəliyə yoluxanların və infeksiyanın nəticələrindən ölənlərin sayı:

- ABŞ - 96,3 milyon və 1,6 milyon;
- Hindistan - 44,6 milyon və 528,6 min;
- Fransa - 35,6 milyon və 156,1 min;
- Braziliya - 34,6 milyon və 686,3 min;
- Almaniya - 33,3 milyon və 150,6 min.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST 2020-ci il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra - martın 11-də isə koronavirusu pandemiya elan edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026