• Bakı 21° C

    1.43 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

DTX-dan Gömrük Komitəsində daha bir ƏMƏLİYYAT - Saxlanılanlar var

HADİSƏ

01 Iyul 2022 | 17:57

DTX-dan Gömrük Komitəsində daha bir ƏMƏLİYYAT - Saxlanılanlar var

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Gömrük Komitəsində əməliyyat keçirib.

Bakıvaxtı.az Sabah.az-a istinadən xəbər verir ki, əməliyyatda Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini Rəşad Babayev və Yol Vergiləri şöbəsinin rəis müavini Şükür Səfərov saxlanılıb.

Əməliyyatla bağlı rəsmi açıqlama veriləcəyi gözlənilir.

Qeyd edək ki, DTX bir neçə gün öncə də Gömrük Komitəsində əməliyyat keçirmişdi. Əməliyyat zamanı “Azərterminalkompleks” birliyinin rəisi, gömrük general-mayoru Ehtiram Xəlilov saxlanılmışdı. Məhkəmənin qərarına əsasən, Ehtiram Xəlilov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Sentyabr 2026