Türkiyənin ilk astronavtı Alper Gezeravcının kosmik stansiyadan yerə dönüş səfəri növbəti dəfə təxirə salınıb.
Bakıvaxt.az xəbər verir ki, bu barədə SpaceX şirkəti açıqlama yayıb.
Məlumata görə, Alper Gezeravcının da olduğu “Dragon” kosmik gəmisinin və “Axiom-3” missiya komandasının Yer kürəsinə qayıdışının növbəti dəfə təxirə salınmasına Floridadakı əlverişsiz hava şəraiti səbəb olub.
Ax-3 komandasının Beynəlxalq Kosmik Stansiyadan ayrılmasının daha sonra olacağı bildirilib.
Açıqlamada deyilir ki, Florida sahillərində davam edən əlverişsiz hava şəraiti səbəbindən Dragon çərşənbə axşamı Kosmik Stansiyadan ayrılmasını dayandırır:
“Kosmik gəmi və Ax-3 heyəti sağlamdır və komandalar növbəti yerləşdirmə imkanı üçün hava şəraitini izləməyə davam edəcəklər".
Mina Mikayılova
















