• Bakı 16° C

    7.34 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

DİN-dən 3 nəfərin öldüyü qəza barədə MƏLUMAT

HADİSƏ

07 Iyul 2022 | 10:33

DİN-dən 3 nəfərin öldüyü qəza barədə MƏLUMAT

Daxili İşlər Nazirliyi dünən Şabranda 3 nəfərin öldüyü qəza ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən xəbərə görə, iyulun 6-da saat 16 radələrində Şabran rayonunun Gəndob kəndi ərazisində rayon sakini Aydın Məmmədovun idarə etdiyi “VAZ-21074” və Xaçmaz şəhər sakini Nazim Səlimovun idarə etdiyi “VAZ-21061” markalı avtomobillər toqquşub. Nəticədə hər iki sürücü və N.Səlimovun sərnişini olan həyat yoldaşı Üzülfət hadisə yerində ölüblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026