• Bakı 20° C

    3.51 m/s

  • USD - 1.7

    EUR - 1.9048

    RUB - 1.9883

DİM xəbərdarlıq etdi

CƏMİYYƏT

01 Iyun 2026 | 09:36 | Müəllif: Əli Hüseynov

DİM xəbərdarlıq etdi

"Son vaxtlar sosial şəbəkələrin monitorinqi göstərir ki, “Instagram”, “TikTok” və xüsusilə “Telegram”da saxta hesablar vasitəsilə ödəniş müqabilində hər hansı imtahan balının artırılması ilə bağlı qeyri-real çağırışlar edilir və dələduzluq yolu ilə vətəndaşların aldadılmasına cəhd olunur".

Bu barədə Bakıvaxtı.az-a DİM-dən məlumat verilib.

    Bildirilib ki, həmin şəxslər səhifələrini cəlbedici etmək üçün çox vaxt DİM-in loqosu və adından istifadə edirlər: "Onlar hətta öz postlarının altında başqa saxta hesablar vasitəsilə güya kömək aldıqlarını yazmaqla digər vətəndaşlarda maraq oyatmağa çalışırlar.

    Abituriyentlər və valideynlər diqqətli olmalı və sosial şəbəkələrdə bu tip “təhrikedici” təkliflərin dələduzluq əməli olduğunu bilməlidirlər. Unutmaq lazım deyil ki, belə çağırışlara qoşulmaq hər iki tərəf üçün hüquqi məsuliyyət yaradır.

    Dövlət İmtahan Mərkəzi mütəmadi olaraq bu cür səhifələrlə bağlı məlumatları müvafiq hüquq mühafizə orqanlarına təqdim edir.

    İstifadəçilər ayıq olmalı, dələduzların toruna düşməməli və belə süni çağırışlara məhəl qoymamalıdırlar. Hər kəs öz biliyinə güvənməli və dərk etməlidir ki, yalnız imtahanda iştirak etməklə müəyyən bal toplaya bilər və həmin bala kimsə müdaxilə edə bilməz".


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    08 Oktyabr 2026