• Bakı 15° C

    7.52 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Deputat: “Vətəndaş vergi ödəyirsə, pullu müalicə almalı deyil”

GÜNDƏM

23 Aprel 2021 | 11:23

Deputat: “Vətəndaş vergi ödəyirsə, pullu müalicə almalı deyil”

“İcbari tibbi sığorta ilə bağlı layihə artıq pilot layihə olmaqdan çıxıb. Aprelin 1-dən bütün respublika üzrə tətbiq edilir”.

Bakıvaxtı.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

Deputat bildirib ki, əhali arasında çox böyük çaşqınlıq yaranıb: “Yüz minlərlə vətəndaşın təyinat olaraq harada müalicə olunacağı açıq qalır. Bizdə hazırlıq yetərli səviyyədə deyilsə, bunu formal olaraq niyə tətbiq edirik? Onda bunu uzadardıq, 2022-ci ildə tətbiq edərdik. Bizim maaşımızdan yanvar ayından icbari tibbi sığortaya vəsait çıxılır. Amma hələ bunun tətbiqində çatışmazlıqlar var. Bu qərar qəbul olunubsa, bunun hələ tam hazır olmaması ilə bağlı bəhanə ola bilməz. Əgər vergi ödənilirsə, vətəndaş pullu müalicə almalı deyil”.(apa)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026