Öskürək, ümumiyyətlə, 1-2 həftə ərzində öz-özünə keçəcəyi gözlənilən narahatlıqdır. Ancaq hər öskürək də keçmir.
Xüsusilə tənəffüs yollarının infeksiyaları səbəbindən quru öskürək uzun müddət davam edə bilir. Bəs keçməyən öskürəyin səbəbi nədir, bu, nəyin əlamətidir?
Bakıvaxtı.az-ın məlumatına görə, havaların soyuq keçməsi ilə soyuqdəymə tez-tez müşahidə edilir və bu vəziyyətdən ən çox uşaqlar təsirlənir. Öskürək infeksiya səbəbiylə meydana gəldiyində, həftələrlə davam edə bilər. Bu vəziyyətin qarşısını almaq üçün evdə tətbiq edə biləcəyiniz təbii və bitki mənşəli həllər var.
Ümumiyyətlə, öskürək öz-özünə keçdiyi üçün şərbət əvəzinə bitki mənşəli müalicələrə üstünlük verilir.
Ümumi soyuqdəymə xəstəlikləri yuxarı tənəffüs yollarının infeksiyaları ətraf mühit quru və rütubətsiz olduqda davamlı öskürək əmələ gəlir.
Davamlı öskürəyin səbəblərindən biri də siqaretdir. Yaşadığınız mühit quru və rütubətsizdirsə, otağı havalandırın və ya nəmləndirici istifadə edin. Siqaret və tütün məmulatlarının istifadə edildiyi yerlərdən qaçın.
Nuranə Daxilqızı
















