• Bakı 11° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

"Danışıqlara hazıram"- Zelenski

DÜNYA

14 Iyun 2022 | 21:22

"Danışıqlara hazıram"- Zelenski

Ukrayna Prezidenti Vladimir Zelenski bir daha Rusiya Prezidenti Vladimir Putinlə danışıqlara hazır olduğunu vurğulayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Zelenski Danimarkada media nümayəndələri üçün onlayn mətbuat konfransı zamanı deyib.

Onun sözlərinə görə, bu gün Rusiya ordusunun dayanıb-dayanmayacağına yalnız bu ölkənin prezidenti qərar verir.

Prezident əlavə etdi ki, nə qədər çətin olsa da, müharibəni bitirmək üçün hər fürsətdən istifadə edilməlidir.

“Rusiya müharibəni bitirmək istəyirsə onlar danışıqlar masası arxasına əyləşməlidirlər. Danışıqlar masası Ukraynasız mümkün deyil. Ona görə də bu birbaşa aparılmalıdır. Biz həm vasitəçilərlə həm də vasitəçilərsiz danışa bilərik. Əgər Rusiya Federasiyası müharibəni bitirməyə və ərazilərimizi tərk etməyə hazırdırsa, mən şəxsən hər an belə formata hazıram”, - deyə Zelenski bildirib.

Prezident əlavə edib ki, nə qədər çətin olsa da, müharibəni bitirmək üçün bütün imkanlardan istifadə edilməlidir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR