• Bakı 16° C

    1.26 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

Daha bir qəza: avtomobil yoldan çıxaraq aşdı

HADİSƏ

01 Yanvar 2023 | 22:36 | Müəllif: Subhan Mahmudov

Daha bir qəza: avtomobil yoldan çıxaraq aşdı

Kürdəmir rayonunda avtomobil yoldan çıxaraq aşıb, xəsarət alan var.

Bakıvaxtı.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Cəyli kəndində qeydə alınıb.

Belə ki, “Mersedes” markalı avtomobilin sürücüsü Qarayev Kirvin Vidadi oğlu kənd yolunda hərəkətdə olarkən qəfildən idarəetməni itirib və nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.

Hadisə zamanı avtomobildə olan sərnişin, 1994-cü il təvəllüdlü Qarasaqqal kənd sakini Asim Akif oğlu Əmrahov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı təcili tibbi yardım avtomobilinin köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Hazırda faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Sentyabr 2026