• Bakı 11° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.959

    RUB - 2.1258

Daha bir “Krokus” məhbusu intihara cəhd etdi

DÜNYA

06 Aprel 2026 | 22:24

Daha bir “Krokus” məhbusu intihara cəhd etdi

“Krokus Siti Holl”dakı terror aktında təqsirləndirilən daha bir nəfər - Cəbrayıl Auşev intihara cəhd edib, lakin istintaq təcridxanasının əməkdaşları tərəfindən dərhal aşkar edilərək xilas edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə RBC-yə vəkil Daniel Qotye məlumat verib.

Vəkil bildirib ki, bu, Auşevin ilk intihar cəhdi deyil. Belə ki, Auşev ilk intihara 12 mart 2026-cı ildə, hökmünün elan edildiyi gün cəhd edib.

Qeyd edək ki, “Krokus”a görə həsb olunan və ömürlük cəza verilən 37 yaşlı Yakubcan Yusufzadə intihar edib.


SON XƏBƏRLƏR

06 Aprel 2026