• Bakı 20° C

    6.91 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Daha bir cüdoçumuz koronavirusa yoluxdu

İDMAN

16 Aprel 2021 | 11:14

Daha bir cüdoçumuz koronavirusa yoluxdu

Azərbaycanın daha bir cüdoçusu koronavirusa yoluxduğu üçün Portuqaliyanın paytaxtı Lissabondakı Avropa çempionatını buraxır.

Bakıvaxtı.az Azərbaycan Cüdo Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 90 kq çəki dərəcəsində çıxış edən Məmmədəli Mehdiyevin testi müsbət nəticələnib.

Daha əvvəl Rüstəm Orucov (73 kq) və Davud Məmmədsoyun (60 kq) eyni səbəbdən qitə çempionatına qatılmayacağı bəlli olub.

Qeyd edək ki, Avropa çempionatına aprelin 18-də yekun vurulacaq. Azərbaycan yarışda 9 cüdoçu ilə təmsil edilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026