• Bakı 12° C

    6.93 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Consonun Kiyevə səfəri hələ planlaşdırılmayıb

DÜNYA

22 Mart 2022 | 22:07 | Müəllif: Subhan Mahmudov

Consonun Kiyevə səfəri hələ planlaşdırılmayıb

Böyük Britaniyanın baş naziri Boris Consonun Ukraynaya səfəri hələ planlaşdırılmayıb, lakin o, rəsmi dəvət alacağı təqdirdə belə bir imkan araşdırılacaq.

Bakıvaxtı.az "Report"a istinadən bildirir ki, bu barədə baş nazirin ofisindən jurnalistlərə məlumat verilib.

Qeyd olunub ki, hələ Ukrayna Prezidenti Volodimir Zelenski Boris Consonu Kiyevə rəsmi dəvət etməyib.

"Bildiyiniz kimi, baş nazir prezident Zelenski ilə demək olar ki, hər gün danışır və biz Ukraynaya dəstək baxımından son dərəcə vacib hesab etdiyimiz hər hansı sorğuya cavab vermək üçün əlimizdən gələni edirik və koordinator rolunu oynamağa davam edirik", Baş nazirin ofisi əlavə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR