• Bakı 10° C

    4.18 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Co Baydendən İsraillə bağlı QADAĞA
 

DÜNYA

06 Fevral 2024 | 10:20

Co Baydendən İsraillə bağlı QADAĞA

ABŞ Prezidenti Co Baydenin administrasiyası Konqresin nümayəndələr palatasının respublikaçı üzvlərinin hazırladığı və Ukraynadan yan keçərək yalnız İsrailə yardımı nəzərdə tutan qanun layihəsinin veto ediləcəyini açıqlayıb.

Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, Ağ Ev İsraillə yanaşı Ukraynaya da yardım edilməsində, həmçinin sərhəd təhlükəsizliyi üçün maliyyə ayrılmasında israr edir.

    “Administrasiya Konqresin hər iki palatasını bu siyasi hiylədən imtina etməyə və bunun əvəzinə ikipartiyalı Fövqəladə Milli Təhlükəsizliyə Əlavə Ayrılmalar Aktını tez bir zamanda Prezidentin masasına göndərməyə təşviq edir… Administrasiya sərhədi qorumaq üçün heç bir şey etməyən, Ukrayna xalqının Putinin təcavüzündən müdafiəsinə kömək etməyən, Amerika sinaqoqlarının, məscidlərinin və həssas ibadət yerlərinin təhlükəsizliyini dəstəkləməyən və əksəriyyəti qadın və uşaqlar olan fələstinli mülki şəxslərə humanitar yardımı rədd edən bu hiyləyə qəti şəkildə qarşı çıxır," - deyə Ağ Evin İdarəetmə və Büdcə idarəsinin bəyanatında qeyd olunub.

     

    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    26 Noyabr 2026