• Bakı 13° C

    8.31 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Çingiz Abdullayev danışdı - "Dediklərimdən peşman deyiləm”

CƏMİYYƏT

27 Oktyabr 2022 | 12:41

Çingiz Abdullayev danışdı - "Dediklərimdən peşman deyiləm”

“Mənim kimi birisinə o sualı vermək yersiz idi. Mən pul xərcləyən, onu bölüşdürən deyiləm. Ona görə də dediklərimdən peşman deyiləm”.

Bakıvaxtı.az  Gununsesi.info-ya açıqlamasında AYB katibi,  Xalq yazıçısı Çingiz Abdullayev ona sual verən jurnalistləri təhqir etməsi faktına münasibətində bildirib.

Çingiz Abdullayev əlavə edib ki, sözünün üstündə dayanır: “Bəli, o sualı verən jurnalist utanmalı idi. Mən sözümün üstündə dayanıram”.

Xatırladaq ki, media təmsilçilərindən birinin AYB-nin qurultayı üçün ayrılan 200 min manatın necə xərclənməsi barədə sualı Xalq yazıçısının təhqiri ilə qarşılanıb.

Çingiz Abdullayev ona sual verən jurnalistə “Niyə ölmürsən, utanmırsan” deyə qarşılıq verib.

Bu açıqlamasına görə sosial şəbəkə və mediada Çingiz Abdullayevə qarşı sərt ittihamlar səsləndirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026