• Bakı 18° C

    0.18 m/s

  • USD - 1.7

    EUR - 1.9264

    RUB - 2.0261

Cibgirlik edən qardaşlar tutuldu

HADİSƏ

01 Aprel 2022 | 10:55

Cibgirlik edən qardaşlar tutuldu

Gəncədə cibgirlik edən qardaşlar saxlanılıb.

DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan Bakıvaxtı.az-a verilən xəbərə görə, Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə odlu silah əldə edib saxlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Əliağa Adıgözəlov saxlanılıb.

Polis İdarəsində onun üzərinə baxış keçirilən zaman əlindəki qutudan 1 ədəd “TOZ” markalı odlu silah aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumata görə, saxlanılan şəxsin ətrafında davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində onun cari ilin müxtəlif vaxtlarında qardaşı Umud Adıgözəlov ilə birlikdə sərnişinlərin sıx olduğu vaxtlarda şəhərdaxili avtobuslarda cibgirlik etmələri məlum olub. Araşdırma zamanı həmin şəxslərin 4 vətəndaşın çantasından mobil telefon oğurladıqları müəyyən edilib.

Götürülən maddi sübutlar ekspertizaya göndərilib, faktla bağlı araşdırmalar davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR