• Bakı 16° C

    7.34 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Bu yolda hərəkət məhdudlaşdırılır

GÜNDƏM

09 Mart 2021 | 17:07

Bu yolda hərəkət məhdudlaşdırılır

10 mart tarixindən etibarən Bakı şəhəri, Yasamal rayonu, keçmiş “Sovetski” kimi tanınan ərazidə yerləşən Mərkəzi Parkın tikinti layihəsinin II mərhələsinin tikintisi və parkətrafı küçələrin bir hissəsinin yenidən qurulması ilə əlaqədar olaraq Mirzə Ağa Əliyev küçəsinin Nəriman Nərimanov prospekti ilə İsmayıl bəy Qutqaşınlı küçəsi arasında olan hissəsində hərəkət məhdudlaşdırılacaq.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Bakıvatxı.az-a verilən məlumata görə, məhdudlaşma təmir-bərpa işləri bitənədək qüvvədə olacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, sözügedən ərazidə diqqətli olmaları, yol hərəkəti qaydalarına və yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026